"Reklamların çoxu, təəssüf ki, xarici dildədir".
Bunu Dövlət Reklam Agentliyinin İdarə Heyəti sədrinin müavini Lalə Abdullayeva Dövlət-Biznes Əməkdaşlığı Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, sosial şəbəkələrdə və açıq məkanlardakı monitorlarda yayımlanan reklamların Azərbaycan dilində olması istiqamətində işlər aparılır.
"Agentliyin sahibkarların marketinq və PR siyasətinə müdaxilə etmək niyyəti yoxdur. Biz istəyirik ki, Azərbaycan dili öz mövqeyini möhkəmlənləndirsin və bizi xaricdə tanıyan, bizim dilimizi eşidən başa düşsün ki, biz azərbaycanlıyıq. Ona görə biz də bu istiqamətdə işlər aparırıq".
Qurum rəsmisinin sözlərinə görə, bu məqsədlə sahibkarlarla və assosiasiyalarla görüşlər keçirilir, onlara müvafiq tövsiyələr verilir:
"Reklamlar ingilis və ya digər xarici dillərdə olduqda belə, sahibkarlara həmin mətnlərin Azərbaycan dilində də təqdim edilməsi tövsiyə olunur".
Günay Şahmar, Bizim.Media