15 yaşlı oğlan bıçaqlandı

Bakıda 15 yaşlı oğlan bıçaqlanıb. Hadisə dünən gecə saatlarında baş verib. Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Miradil Tahirli kəsilmiş-deşilmiş yaralarla xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.