"Zonalaşdırma aparıldıqdan sonra sahilboyu ərazilərdən təyinatına uyğun istifadə təmin olunacaq. Eyni zamanda, təsdiqləndikdən sonra zonaların ictimaiyyət üçün açıq olması nəzərdə tutulur".
Oxu.az-a istinadən, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, bu ərazilərdə əlavə infrastruktura ehtiyac yaranarsa, müvafiq dövlət və şəhərsalma sahəsində fəaliyyət göstərən qurumlarla birgə iş aparılacaq:
"Məqsəd həmin ərazilərdə infrastrukturun düzgün formalaşdırılması, ictimaiyyət üçün rahat, təmiz və keyfiyyətli mühitin yaradılmasıdır. Göstərilən xidmətlərin də müvafiq keyfiyyət standartlarına cavab verməsi təmin olunmalıdır".