“ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək”.
Bunu ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində rusiyalı və çinli həmkarları ilə üçtərəfli görüşdə deyib.
“Nüvə silahından imtina etmək asan deyil. Amma digər ölkələrdə nüvə silahının yayılmasına qarşı mübarizədə əməkdaşlıq etməyimiz son dərəcə vacibdir. Biz bunu İranda edirik. İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik”, - Ağ Ev rəhbəri vurğulayıb.