Bakı, 19 noyabr, AZƏRTAC Qərbi Azərbaycanın (indiki Ermənistan) ərazisində yerləşən Şahmurad (Şxmurad) məbəd kompleksi ciddi dağılma təhlükəsi ilə üz-üzədir. Orta əsr memarlığının diqqətəlayiq nümunələrindən olan bu abidə dini-memarlıq irsinin, tarixi yaşayış məkanlarının və bölgənin mədəni əlaqələrinin öyrənilməsi baxımından mühüm tədqiqat obyektidir. Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib. O bildirib ki, abidənin memarlıq xüsusiyyətlərinin təhlili onun Alban memarlığı üslubunda inşa olunduğunu ehtimal etməyə əsas verir. Bu baxımdan tikilinin XII-XIII əsrlərdə, Səlcuqların hakimiyyəti dövründə Səlcuq əmirlərindən biri tərəfindən inşa edildiyi ehtimal olunur. Bununla belə, abidənin konkret kim tərəfindən tikildiyini müəyyənləşdirmək üçün əlavə elmi araşdırmalara ehtiyac var. Şahmurad məbədi Tavuş bölgəsində, Varagacur (Haxum) çayının sol sahilindən təxminən 6-7 kilometr cənub-qərbdə yerləşir. Meşəlik və dağlıq ərazidə, təbii relyefin yaratdığı müdafiə imkanlarına malik sahədə inşa edilən abidə ayrı-ayrı tikililərdən ibarət vahid memarlıq ansamblıdır. Kompleksin əsas hissələrini kilsə, qərb vestibülü, cənub vestibülü və sovmə təşkil edir. Kilsə kompleksin əsas ibadət binasıdır. Bu tikilinin Ermənistan mənbələrində “Müqəddəs Məryəm Ana” (Surp Astvatsatsin) kilsəsi kimi təqdim edilməsi elmi əsaslandırma tələb edir. Kilsənin qərb tərəfinə birləşdirilmiş vestibül giriş və toplaşma məkanı funksiyasını daşıyıb. Tədqiqatçı qeyd edir ki, bu hissənin “jamatun” adlandırılması ilə bağlı terminoloji məsələlərə diqqətlə yanaşılmalıdır. Belə ki, jamatun və gavit yaxın memarlıq anlayışları olsa da, onların bütün vestibüllərin sinonimi kimi işlədilməsi düzgün deyil. Cənub vestibülü və ya narteks kilsənin cənub hissəsinə əlavə edilmiş memarlıq quruluşudur. Kompleksin digər hissəsi olan sovmə isə daha kiçik ölçülü, ayrıca dini təyinatlı tikilidir. Alimin ilkin dilçilik təhlilinə əsasən, sovmənin Ermənistan mənbələrində “Xoranik” adlandırılması da ayrıca araşdırılmalıdır. Onun qənaətinə görə, “Xoranik” sözü erməni dilində “xoran” (mehrab, altar) kökündən və kiçiltmə mənası bildirən “-ik” şəkilçisindən yaranıb. Bu baxımdan adın mənşəyinin və tarixi kontekstinin elmi şəkildə araşdırılması vacibdir. Kompleksin ətrafında vaxtilə müdafiə və sərhədləndirmə funksiyası daşıyan daş hasar, rahiblərin yaşayış otaqları və yardımçı təsərrüfat tikililəri mövcud olub. Hazırda həmin tikililərin böyük hissəsi dağılıb, ərazi xarabalıq vəziyyətinə düşüb. Kompleksin divarlarında və ərazisində mövcud olmuş kitabələr onun tarixinin araşdırılması üçün əsas mənbələrdən hesab olunur. Kitabələrin bir qisminin silinməsi, digərlərinin isə erməni dilində yazılarla əvəzlənməsi abidənin ilkin tarixi görünüşünün müəyyənləşdirilməsini çətinləşdirir. Bu baxımdan Ermənistan mediasında yayımlanan məlumatlarda da ziddiyyətli məqamlar müşahidə olunur. Belə ki, Ermənistanın “Tavuş Media” nəşrinin araşdırmasına əsasən, kompleksdə ümumilikdə 16 kitabə qeydə alınıb. Həmin kitabələrin bir qismi sonradan yazılıb. İlkin kitabələr ya abidənin divarlarından çıxarılaraq başqa yerə aparılıb, ya da silinərək yeni yazılarla əvəzlənib. Bu məsələnin dəqiq müəyyənləşdirilməsi üçün kitabələrin orijinal mətnlərinin və paleoqrafik xüsusiyyətlərinin araşdırılması vacibdir. Mənbədə kitabələrdən birinin 1619-cu ilə aid olduğu göstərilir. Bu tarix monastırın həmin dövrdə dini-mədəni fəaliyyətini davam etdirdiyini ehtimal etməyə əsas verir. Bununla belə, digər divar yazıları ilə bağlı məlumatlar həmin kitabənin tarixinin və məzmununun əlavə araşdırılmasını zəruri edir.Quruluşuna görə orta əsr xristian dini tikililərinə xas xaçvari-mərkəzləşdirilmiş kompozisiyaya malikdir. Düzbucaqlı həcmli tikilinin daxili məkanı xaçvari plan əsasında qurulub və günbəzlə tamamlanıb. Kilsədə əsas altar və dörd kiçik altar mövcuddur. Əsas altarın hər iki tərəfində ikimərtəbəli yan otaqlar yerləşir. Tikilinin qərb və cənub tərəflərində giriş qapıları var. Kilsənin günbəzi silindrik baraban üzərində qurulub. Bu konstruksiya daxili məkanın şaquli istiqamətdə inkişafını təmin etməklə yanaşı, dini tikilinin mərkəzi hissəsini memarlıq baxımından vurğulayır. Əsas kilsənin inşasında boz çalarlı felsit daşından istifadə olunub. Daşların yonularaq işlənməsi divar səthlərinin səliqəli və davamlı qurulmasına imkan yaradıb. Qərb vestibülü kompleksin diqqətçəkən memarlıq hissələrindəndir. Kvadrat planlı bu tikilinin daxili örtük sistemi səkkizguşəli sütunlar və kəsişən tağlar üzərində qurulub. Xarici görünüşündə dekorativ zənginlikdən daha çox konstruktiv sadəlik və həcm-məkan bütövlüyü üstünlük təşkil edir. Vestibül ibadətə gələnlərin toplaşması, dini mərasimlərin və monastırdaxili ictimai fəaliyyətlərin həyata keçirilməsi üçün nəzərdə tutulub. Tikilinin şərq fasadında yerləşən iki dekorativ taxça xüsusi diqqət çəkir. Taxçaların tağ hissələrində daş üzərində oyma naxışlar, pəncərə çərçivələrində və altar hissəsinin yuxarı elementlərində isə dekorativ daş işləmələri mövcuddur. Məbədin divarlarında orta əsrlərə aid epiqrafik yazıların olması da tikilinin inşa və təmir tarixinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Cənub vestibülü daha sadə memarlıq quruluşuna malikdir. Kvadrat planlı bu tikilinin sonrakı mərhələdə əsas kilsəyə birləşdirildiyi ehtimal olunur. Onun memarlığında qərb vestibülündən fərqli olaraq daha yığcam konstruktiv həll tətbiq edilib. Kompleksin digər hissəsi olan sovmə isə kiçik ölçülü, ayrıca dini təyinatlı tikilidir. Birnefli zal tipli quruluşa malik olan bu tikili memarlıq xüsusiyyətlərinə görə əsas kilsədən fərqlənir. Divarları əsasən yonulmamış və yarımyonulmuş daşlardan hörülüb, inşaat zamanı yerli daş materiallarından və əhəng məhlulundan istifadə edilib. Sovmənin giriş qapısının üzərində də kitabə olub. Alimin sözlərinə görə, Şahmurad məbəd kompleksi yalnız dini tikili deyil, həm də orta əsrlərdə bölgənin dini həyatı, maarifçilik ənənələri və icma münasibətlərinin öyrənilməsi baxımından əhəmiyyətli tarixi məkandır. Qərbi Azərbaycanın tarixi-memarlıq irsinin mühüm nümunələrindən biri olan kompleks bu gün ciddi qorunma və mühafizə problemi ilə üz-üzədir. Abidənin hazırkı vəziyyəti onun gələcək nəsillərə çatdırılması məsələsini aktuallaşdırır. Bu abidənin taleyi yalnız qədim dini tikilinin fiziki mövcudluğu məsələsi deyil. O, eyni zamanda, bölgənin tarixi yaddaşının, memarlıq ənənələrinin, dini-mədəni münasibətlərinin və daş üzərində yaşadılan tarixin qorunması deməkdir. O əlavə edib ki, Şahmurad monastırı Ermənistan mənbələrində erməni dini-memarlıq irsinin nümunəsi kimi təqdim olunur. Lakin abidənin hər hansı xalqın tarixi-mədəni irsi kimi tanıdılması onun qorunması məsuliyyətini də nəzərdə tutmalıdır. Tarixi abidəyə sahib çıxmaq yalnız onu müəyyən bir xalqın adına yazmaqla deyil, həm də fiziki mövcudluğunu qorumaq, dağılmasının qarşısını almaq və gələcək nəsillərə çatdırmaqla mümkündür.
Bu gün
4041 xəbər bu gün
"Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen Avropanın aparıcı klublarının diqqət mərkəzində qalmaqda davam edir.Metbuat.az xəbər verir ki, "Mançester Yunayted"in yeni baş məşqçisi Maurisio Poçettinonun komanda…
Aqrar Sığorta Fondu İmişli rayonunda sığorta hadisəsi baş vermiş heyvandarlıq təsərrüfatına zərər ödənişi həyata keçirib. Fonda istinadən, Aqrar Sığorta Fondu əkin sahələrini, kənd təsərrüfatı heyvanlarını və akvakultura…
"Sabah" Misli Premyer Liqasının XII turunda qələbə qazanıb. Redaktor.az-ın məlumatına görə, Bakı təmsilçisi səfərdə "Sumqayıt"la üz-üzə gəlib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma son...
Bəhramtəpə Hidroqovşağında həyata keçirilən təmir işləri Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı…
Ağdam Şəhəri Günü münasibətilə Ağdam Muğam Mərkəzinin açıq amfiteatrında mini-konsert proqramı keçirilib. Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası...
Bakı Dövlət Universitetinin (BDU) tələbələri yeni təyin olunan rektor Məleykə Abbaszadədən universitetdə tədris və imtahan sisteminin köklü şəkildə dəyişdirilməsini istəyirlər. Redaktor.az modern.az-a istinadən xəbər…
Estoniya hakimiyyətinin Rusiya ilə sərhədi 6 ay müddətinə bağlamaq qərarı fonunda Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Sankt-Peterburq məhkəməsi 82 milyon rubldan çox vəsaitin oğurlanmasında şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Bakı, 20 noyabr, AZƏRTAC Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. AZƏRTAC xəbər verir ki, son ölkə çempionu “Sabah” səfərdə "Sumqayıt"la qarşılaşıb. Mehdi Hüseynzadə adına Sumqayıt…
Ağdam, 20 noyabr, AZƏRTAC 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə Ağdam şəhərində keçirilən silsilə tədbirlər atəşfəşanlıqla başa çatıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər sakinləri və qonaqlarda xoş ovqat…
Bakı, 20 noyabr, AZƏRTAC Bakıda Koreya Respublikasının Dövlətçilik və Silahlı Qüvvələr günləri münasibətilə rəsmi qəbul keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra…
İsrail hakimiyyəti İranın ballistik raket istehsalı imkanlarını sürətlə bərpa etməsindən narahatdır. Bu barədə "CBS News" telekanalı mənbələrinə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, İsrail hakimiyyətini…
Moskva Danimarkanın Rusiya hərbi attaşesini ölkədən çıxarmasına müvafiq cavab verəcək. Bunu TASS-a Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Xatırladaq ki, Danimarka hökuməti Rusiyanın bu…
Avropa İttifaqı (Aİ) və Böyük Britaniya daha geniş münasibətlər modelini müzakirə etməyə açıqdırlar, çünki son onilliyin hadisələri beynəlxalq vəziyyəti əhəmiyyətli dərəcədə dəyişib və təhlükəsizlik, müdafiə və…
“Həm böyük sənətkar olmaq, həm də xalqın sevgisini qazanmaq çətindir. Bunun xüsusi bir düsturu yoxdur. Bu bir vergidir. O insana ki, vergi verilir, o mükəmməl olur. İlk növbədə əsas peşəkarlıqdır. Bugünki kinoda…
В Москве призвали участников "Европейской коалиции против наркотиков" прекратить политизировать борьбу с запрещенными веществами и перейти к практическому сотрудничеству.
Президент США Дональд Трамп и председатель КНР Си Цзиньпин согласились, что искусственный интеллект (ИИ) не должен самостоятельно принимать решения о проведении крупных военных операций. Об...
Не все условия для применения системы вооружения против объектов, нарушивших польское воздушное пространство в пятницу, были соблюдены, заявил оперативный командующий Вооруженными силами генерал Иренеуш Новак....
Американская администрация информировала европейских и украинских чиновников, что Вашингтон хочет от Киева достижения мирного соглашения с Россией до начала января. Об этом сообщила со ссылкой...
Объем продаж и предзаказов видеоигры GTA VI превысил $2,3 млрд. Об этом сообщила американская аналитическая компания SensorTower, передает Day.Az со ссылкой на Gazeta.ru. Новую GTA купили уже более 24,5 млн…
Несколько сотен студентов собрались в пятницу утром у главного здания Венского университета на демонстрацию против наращивания вооружений и милитаризации Европы. Мирная акция переросла в столкновения с полицией, передает…
İndoneziyada
İlqar İlkin
Araşdırma
ƏMDX
Ağdam Şəhəri Günü münasibətilə möhtəşəm atəşfəşanlıqla təşkil edilib. Axşam saatlarında Ağdam səmasında baş tutan rəngarəng atəşfəşanlıq şəhərə xüsusi bayram ovqatı bəxş edib. Bayram proqramını Ağdam sakinləri ilə…
ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının lideri Si Cinpin süni intellektin irimiqyaslı hərbi əməliyyatlarla bağlı qərarları müstəqil şəkildə…
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Mirzə Şəfi Vazeh küçəsində qeydə alınıb. Hərəkətdə olan “Opel” ilə “Niva”…
Noyabrın 22-də Misli Premyer Liqasının XII turu çərçivəsində keçiriləcək "Kəpəz" - "Qarabağ" oyununa bütün biletlər satılıb. Bu haqda "Kəpəz"in saytı məlumat yayıb. Bildirilib ki, 15363 yerlik Gəncə şəhər stadionunda…
Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət mili komandası Bakıda təşkil olunan təlim-məşq toplanışında 2-ci yoldaşlıq oyununu keçirib. Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv bu gün İraqın müvafiq yaş qrupundan…
“Azərbaycanda pensiyaçıların sayının azalması ilk baxışdan pensiya sistemində müəyyən dəyişikliklərin, o cümlədən pensiya yaşının aşağı salınması məsələsinin gündəmə gətirilməsinə əsas yarada bilər. Lakin bu göstəriciyə…
ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının lideri Si Cinpin süni intellektin irimiqyaslı hərbi əməliyyatlarla bağlı qərarları müstəqil şəkildə qəbul etməməli olduğu barədə razılığa gəliblər. Bu barədə…
ABŞ prezidenti Donald Tramp Ukrayna və Rusiyanın 2027-ci ilin yanvarına qədər sülh sazişi imzalamasını istəyir. Bu barədə “Financial Times” məlumat yayıb. Məlumata görə, rəsmi Vaşinqton Konqresə nəzarətin yanvar ayında…
Qubanın Çinarlı və Nərimanabad kəndlərindən keçən yolun yararsız vəziyyətə düşməsi bu yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsində problem yaradıb.
ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının lideri Si Cinpin süni intellektin irimiqyaslı hərbi əməliyyatlarla bağlı qərarları müstəqil şəkildə qəbul etməməli olduğu barədə razılığa gəliblər. Yenicag.az xəbər…
Hörmüz boğazından çıxan tankerdə naməlum mərminin dəyməsi nəticəsində yanğın baş verib. "Report"un "Reuters"ə istinadən verdiyi məlumata görə, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) insident…
Ağdam Şəhəri Günü münasibətilə şəhərdə atəşfəşanlıq təşkil olunub. "Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, 20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə keçirilən silsilə tədbirlər atəşfəşanlıqla yekunlaşıb…
İranın cənubundakı Qəşm adasının ətrafına raket düşüb. Bu haqda İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb. Agentlik hücumun ABŞ və İsrail qüvvələri tərəfindən həyata...
20 noyabr – Ağdam Şəhəri Günü münasibətilə şəhərdə keçirilən mədəni-kütləvi tədbirlər çərçivəsində Ağdam Dövlət Dram Teatrının “Göyçək Fatma” tamaşası nümayiş etdirilib. Ağdam...
Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən SABAH.city innovasiya şəhərciyində IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib.
Bir neçə gün əvvəl metronun
Bakı, 20 noyabr, AZƏRTAC Bakıda Koreya Respublikasının Dövlətçilik Günü və Silahlı Qüvvələr Günü münasibətilə rəsmi qəbul keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən…
Mexiko, 20 noyabr, AZƏRTAC "Meksika belə deyir" qəzetində bu ölkədə yaşayan azərbaycanlı Günel Nağıyeva Şuşa ilə bağlı şəxsi xatirələrini paylaşıb. O, məqalədə tarixi yaddaşın, milli kimliyə hörmətin və xalqlar arasında…
Xocalı soyqırımının şahidi, erməni əsirliyində işgəncələrə məruz qalmış Salman Abbasov doğma yurdunda dəfn olunub. Salman Abbasov uzun illər həsrətini çəkdiyi doğma torpağında son mənzilə yola salınıb. O, Xocalı…
Almaniyanın paytaxtı Berlində yüzlərlə gənc məcburi hərbi xidmətin bərpasına və ölkənin hərbiləşdirilməsinə qarşı etiraz aksiyası keçirib. TASS-a istinadən, nümayiş “Gen Z regelt” (“Z nəsli qərar verir”) gənclər…