18 mindən çox şagird azaldı

Azərbaycanda ümumi təhsil müəssisələrində təhsil alanların sayı əvvəlki tədris ili ilə müqayisədə azalıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025/2026-cı tədris ilində şəhər məktəblərində 1 milyon 96,8 min, kənd məktəblərində isə 577,9 min şagird təhsil alıb.

2024/2025-ci tədris ilində isə şəhər yerlərində şagirdlərin sayı 1 milyon 98,4 min, kənd yerlərində 596,7 min nəfər olub.

Beləliklə, bir il ərzində şəhər məktəblərində şagirdlərin sayı 1,6 min, kənd məktəblərində isə 18,8 min nəfər azalıb.