Qazaxda dəhşətli qəzada ölənlərin sayı 5-ə çatdı (YENİLƏNİB)

Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1996-cı il təvəllüdlü şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, Qazax rayonunda iki avtomobilin toqquşması nəticəsində dörd nəfər, o cümlədən iki uşaq ölüb, bir nəfər ağır xəsarət alıb.

Hadisə noyabrın 18-də saat 20:00 radələrində baş verib. 1979-cu il təvəllüdlü İttifaq Müsədirovun etibarnamə olmadan idarə etdiyi “Opel Astra H” markalı avtomobil qarşıdan gələn, 1989-cu il təvəllüdlü Sənan Dəryahquluyevin idarə etdiyi “Tofaş” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində hər iki sürücü, eləcə də “Tofaş”ın sərnişinləri, 2018-ci il təvəllüdlü Güllər Dəryaquliyeva və Məhəmməd Mehtili hadisə yerində ölüblər.

Digər sərnişin, 1996-cı il təvəllüdlü Türkan Dəryahquluyeva ağır bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.