Şirvan stansiyasından 32 km şimal-qərbdə Hacıqabul rayonunda 3.2 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.Bildirilib ki, zəlzələ yerli vaxtla 10:09-da, dərinliyi isə 45 km olub.Zəlzələ hiss olunmayıb.