Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinin plenar iclası başa çatdıqdan sonra ABŞ Prezidenti Donald Trampla görüşüb.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Rusiya tərəfini xarici işlər naziri Sergey Lavrov, maliyyə naziri Anton Siluanov, Prezidentin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) baş direktoru, xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə Prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev təmsil edib.
ABŞ tərəfdən isə görüşdə dövlət katibi, Prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edən Marko Rubio, həmçinin maliyyə naziri Skott Bessent iştirak ediblər.
Xatırladaq ki, bu, prezidentlərin 2025-ci ilin avqustunda ABŞ-nin Ankoric şəhərində apardıqları danışıqlardan sonra ilk ikitərəfli görüşüdür.