“Xankəndi” illər sonra doğma meydanında oynayacaq

Bu gün Xankəndi şəhər stadionunda əsaslı yenidənqurmadan sonra ilk rəsmi futbol matçı baş tutacaq.

I Liqanın VIII turu çərçivəsində “Xankəndi” komandası “Karvan-Yevlax”ı qəbul edəcək. Qarşılaşmanı baş hakim Kamranbəy Rəhimov idarə edəcək.

“Karvan-Yevlax” 13 xalla turnir cədvəlinin dördüncü, “Xankəndi” isə 6 xalla yeddinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Xankəndi stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də Prezident İlham Əliyevin iştirakı ilə keçirilib.