Azərbaycan I Liqası təmsilçisi “Xankəndi” bu gün doğma stadionunda ilk rəsmi oyununa çıxacaq.
VIII turun ilk oyun günündə komanda Xankəndi Şəhər stadionunda “Karvan-Yevlax”ı qəbul edəcək.
Qarşılaşma saat 16:00-da başlayacaq. Görüşü Kamranbəy Rəhimov idarə edəcək.
Xatırladaq ki, Xankəndi Şəhər stadionu noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Komanda bundan sonra ev oyunlarını doğma stadionunda keçirəcək.
Qeyd edək ki, “Xankəndi” 6 xalla 10 komanda arasında turnir cədvəlinin VII pilləsində qərarlaşıb.