“Bitcoin” 63 min dollara kimi ucuzlaşıb

Kriptovalyuta bazarında satış təzyiqi davam edir. “Bitcoin”in qiyməti son 24 saatda 1,90% azalaraq 63 212,68 ABŞ dollarına düşüb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son bir həftədə 14,23%, son bir ayda isə 22,94% azalıb. Kriptovalyutanın bazar kapitallaşması 1,27 trln. dollar təşkil edib.

“Ethereum”un qiyməti son sutkada 0,64% azalaraq 1 794,04 dollara, “Zcash”ın qiyməti 2,97% azalaraq 924,83 dollara, BNB-nin qiyməti isə 1,12% azalaraq 584,85 dollara enib.

Eyni zamanda, “Monero”nun qiyməti 0,91% azalaraq 502,50 dollara, “Bitcoin Cash”in qiyməti 0,86% azalaraq 206,72 dollara, “Bittensor”un qiyməti 0,67% azalaraq 194,39 dollara, “Quant”ın qiyməti isə 1,58% azalaraq 150,40 dollara düşüb.

Qızıl təminatlı kriptovalyutalarda da azalma qeydə alınıb. “Tether Gold”un qiyməti 1,48% azalaraq 3 718,51 dollara, “PAX Gold”un qiyməti isə 1,60% azalaraq 3 716,56 dollara enib.

“CoinMarketCap 20” indeksinin göstəricisi son 24 saatda 1,49% azalaraq 127,64 olub.

Analitiklər bildirirlər ki, enişin əsas səbəbləri ABŞ-də dekabr ayında faiz artımı ehtimalının güclənməsi, dövlət istiqrazlarının yüksək gəlirliliyi və kriptovalyuta ETF-lərindən vəsait çıxışıdır. Noyabrın 17-də ABŞ-nin spot “Bitcoin” ETF-lərindən təxminən 240 mln. dollar çıxarılıb. Texnologiya səhmlərindəki zəiflik və kredit çiyni ilə açılmış mövqelərin məcburi bağlanması da satış təzyiqini artırıb.