AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir: Bakı, 18 noyabr, AZƏRTAC Milli Məclisdə 2027-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin birinci oxunuşda müzakirəsi başa çatıb. Azərbaycanla Gürcüstan arasında ikitərəfli əlaqələrin aktual istiqamətləri nəzərdən keçirilib. Azərbaycan-Almaniya münasibətləri müzakirə olunub. Azərbaycan və Avstriya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib. Fransada etirazlar başlayandan 466 etirazçı həbs olunub. Bakı Dialoqunun yekun Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb. Azərbaycan-Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivlərinə dair fikir mübadiləsi olub. Rusiyadan Antalyaya uçan sərnişin təyyarəsində bomba xəbərdarlığı edilib. Xəzər dənizinin səviyyəsinin 2050-ci ildən sonra yüksəlməsi ehtimal olunur. Avropa Mərkəzi Bankı avrozonada maliyyə riskləri ilə bağlı xəbərdarlıq edib. “Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin bağlanış mərasimi olub.