Qazaxda yol qəzasında ata, oğlu və bacısı oğlu vəfat etdi

QAZAX, 18 noyabr. TELEQRAF

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə rayonun Aslanbəyli kəndində qeydə alınıb.

"Tofaş" və "Opel" maşının toqquşması nəticəsində 3 nəfər hadisə yerində ölüb, iki nəfər xəsarət alıb.

Qəzada ölənlər ana və iki azyaşlı övladıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.