Bakı, 18 noyabr, AZƏRTACNoyabrın 18-də Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.AZƏRTAC xəbər verir ki, iclasda hökumət üzvləri və nümayəndələri iştirak ediblər.Tədbirdə ötən gün plenar iclasda təqdim olunan gündəliyin 8-ci məsələsi – Meşə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Yerin təki haqqında”, “Tullantılar haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Tibbi sığorta haqqında”, “Avtomobil yolları haqqında”, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında”, “Büdcə sistemi haqqında”, “Dövlət borcu haqqında”, “Gömrük tarifi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət satınalmaları haqqında” və “Balıqçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi ətrafında müzakirələr davam etdirilib. Müzakirələrdə parlamentin komitə sədrləri Fazil Mustafa və Zahid Oruc, deputatlar Aydın Hüseynov, Əlibala Məhərrəmzadə, Azər Badamov, Məşhur Məmmədov, Rəşad Mahmudov çıxış edərək bəzi qeyd və təkliflərini diqqətə çatdırıblar.Deputatlar vurğulayıblar ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatların əsas istiqamətlərindən biri ölkə iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafının sürətləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və dayanıqlı iqtisadi artımın təmin edilməsidir. Çıxışlarda təqdim olunan qanun layihəsi biznes mühitinin yaxşılaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və iqtisadi fəallığın təşviqi baxımından dövlətin həyata keçirdiyi iqtisadi siyasətin məntiqi davamı kimi dəyərləndirilib. Sənəddə təklif olunan dəyişikliklərin iqtisadi suverenliyimizin möhkəmləndirilməsi, milli sahibkarlığın gücləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi baxımından vacibliyi qeyd olunub.Komitə sədri Azər Əmiraslanov deputatların söylədikləri fikirlərə münasibət bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Sonra Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin Milli Məclisin qərar layihələri olduğunu söyləyib. O bildirib ki, bu - Milli Məclisin 2027-ci il üçün xərclər smetası haqqında və Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında qərar layihələridir.Milli Məclisin sədri qeyd edib ki, həmin qərar layihələri bu gün müzakirə olunacaq, amma qəbul edilməyəcək. Büdcə zərfinə daxil olan sənədlər üçüncü oxunuşda təsdiqlənən zaman onlarla birlikdə qəbul ediləcək.Sonra Parlamentin işlər müdiri Firudin Hacıyev Milli Məclisin 2027-ci il üçün xərclər smetası haqqında məlumatı təqdim edib. O, növbəti il üçün dövlət büdcəsində Milli Məclisin saxlanması məqsədilə nəzərdə tutulan vəsaitin deputatların, Parlament Aparatının və İşlər İdarəsinin əməkdaşlarının, eləcə də deputat köməkçilərinin əməkhaqlarının, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqlarının, habelə malların, iş və xidmətlərin satın alınması və bir sıra digər maddələr üzrə xərclərin ödənilməsi üçün nəzərdə tutulduğunu deyib.Sonra Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Hesablama Palatasının 2027-ci il üçün xərclər smetası haqqında məlumat verib. O, 2027-ci ilin dövlət büdcəsində Hesablama Palatasının xərclər smetası üçün 14,3 milyon manat vəsait nəzərdə tutulduğuni deyib. Xərclər smetasında yer alan əməyin ödənişi, malların, işlərin, xidmətlərin satınalınması, sosial ödənişlər və digər istiqamətlər üzrə ayırmalar barədə danışıb.İclasda parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Mülki Məcəllədə və "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsini təqdim edib. O diqqətə çatdırıb ki, qanun layihəsi Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olub. Layihədə qeyri-hökumət təşkilatlarının hüquqi statusunun, təşkilati strukturunun, fəaliyyət prinsiplərinin və hesabatlılıq mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulur. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev məsələ barədə komitənin rəyini bildirib. O qeyd edib ki, təklif olunan dəyişikliklər daha peşəkar QHT-lərin formalaşmasını və sahəvi rəqabətin artmasını təmin edəcək, QHT sektorunda hesabatlılığı, şəffaflığı və səmərəliliyi artıracaq, vətəndaş cəmiyyəti institutlarının güclənməsinə və inkişafına əlavə stimul verəcək.Deputat Hikmət Məmmədov məsələ barədə fikirlərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb. 11:14 Noyabrın 18-də Milli Məclisin növbəti plenar iclası keçirilir. AZƏRTAC xəbər verir ki, iclasda hökumət üzvləri iştirak edirlər.İclasda büdcə zərfinə daxil olan qanun layihələri müzakirə olunur. Fotoqraf - Aydın Məmmədov
Bu gün
3917 xəbər bu gün
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb. Redaktor.az paylaşımı təqdim edir:
Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə müraciət edərək Ukraynada sülhün əldə olunması üçün Vaşinqtonla Avropa ölkələrinin birgə fəaliyyət…
Ermənistanın baş naziri Nikol Paşinyan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi brifinq zamanı özündən çıxaraq sual verən jurnalisti təhqir edib. Daha sonra ona qarşı məhkəmə iddiası qaldırmaq üçün səbəb…
Beynəlxalq axtarışda olan şəxs Türkiyə Respublikasında tutularaq Azərbaycan Respublikasına ekstradisiya edilib. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, interpolun Azərbaycan Respublikasındakı Milli…
ABŞ Prezidenti Donald Trampın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Şençjendə keçirilən İqtisadi Liderlərin Plenar Sessiyası zamanı qısa müddətə mürgüləməsi ilə bağlı mediada yayılan məlumatlar təkzib…
Azərbaycan Xarici İşlər Nazirliyi Tbilisidə yaşayış binasında baş verən faciəvi partlayışla bağlı Gürcüstana başsağlığı verib. Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib. Nazirlik həlak olanların…
Azərbaycan Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Tbilisidə yaşayış binasında baş vermiş faciəvi…
UEFA Çempionlar Liqasının liqa mərhələsində "Sabah" və "Barselona" arasında keçiriləcək oyuna müxtəlif ölkələrdən azarkeşlər bilet əldə ediblər. Masazır klubunun sosial şəbəkə hesabında yayılan məlumata əsasən…
Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində iki ölkənin dövlət başçılarının görüşü, iqtisadiyyatın müxtəlif sahələri üzrə sənədlərin imzalanması və birgə…
Azərbaycan Xarici İşlər Nazirliyi Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib. Bu barədə Nazirliyin "X" hesabında məlumat paylaşılıb. “Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayışdan…
“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem oktyabr ayının ən yaxşı futbolçusu adına layiq görülüb. Bu barədə Madrid klubu məlumat yayıb. 23 yaşlı ingiltərəli futbolçu ötən ay bütün turnirlərdə 5 matçda iştirak edib və 1…
Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin toplantısı keçirilib. Ölkə jurnalistlərinin bu il oktyabrın 16-da düzənlənmiş IX qurultayından sonra ilk dəfə təşkil olunan toplantı ümumi görüş və gələcək…
Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan-Vyetnam münasibətlərinin keçdiyi zəngin tarixi yolun, mövcud əməkdaşlıq potensialının və gələcək inkişaf…
Azərbaycan Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Tbilisidə yaşayış binasında baş vermiş faciəvi…
Bu gün futzal üzrə yeni mövsümün püşkatma və tanıtım mərasimi keçirildi. “Radisson” otelində təşkil olunan tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev açılış nitqi söylədi: “2026/27 mövsümündə dəyişikliklər baş…
Veteran futbolçu Samir Ələkbərov Xankəndidə futbol bayramının yaşanmasından məmnunluğunu ifadə edib. Peşəkar Futbol Liqası tərəfindən Xankəndiyə dəvət olunan sabiq futbolçu “Xankəndi” - “Karvan-Yevlax” matçı öncəsi…
Karlo Ançelottinin Braziliya yığmasındakı fəaliyyəti Romarionu qətiyyən qane etmir. Milli komandanın sabiq hücumçusu italiyalı baş məşqçini istefaya çağırıb. DÇ-1994-ün qalibi yoldaşlıq oyununda Yaponiyaya 2:3 hesabıyla…
Fransanın şimalındakı Pas-de-Kale bölgəsində yağan güclü yağışların təxminən 20 yaşayış məntəqəsinə təsir etdiyi və genişmiqyaslı daşqınlara səbəb olduğu bildirilir. Fransa meteorologiya agentliyi Meteo-France-ın…
Azərbaycan Xarici İşlər Nazirliyi Tbilisidə yaşayış binasında baş verən faciəvi partlayışla bağlı Gürcüstana başsağlığı verib. Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.Nazirlik həlak olanların ailələrinə…
Azərbaycan Tbilisidə baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib.
Lənkəranda kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülən işlərə yerində baxış keçirilib. "Report"un cənub bürosunun məlumatına görə, Prezident Administrasiyasının Ərazi-təşkilat…
Böyük Britaniya və Norveç Ukrayna üçün iki müasir döyüş katerinin inşasına 100 milyon funt sterlinqdən çox vəsait ayıracaq. Bu barədə Britaniya hökumətinin bəyanatında bildirilib. Plana əsasən, katerlər müasir hava…
Azərbaycan Tbilisidəki yaşayış binasında baş verən partlayışla bağlı Gürcüstana başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb. "Tbilisidə yaşayış…
Dünyada ilk dəfə olaraq üç "Kızılelma" pilotsuz döyüş təyyarəsi təhlükəsizlik qüvvələrinin inventarına daxil edilib və bu, Türkiyəni dünya aviasiya tarixində pilotsuz döyüş təyyarəsi əldə edən ilk ölkə edib. "Hürriyyet"ə…
Tbilisi, 19 noyabr, AZƏRTAC Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışından təxminən 8 saat sonra xilasedicilər dağıntılar altından 3 yaşlı uşağı sağ çıxarıblar.AZƏRTAC xəbər verir ki, uşaq…
Vaşinqton, 19 noyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp noyabrın 20-də Ağ Evdə mətbuat konfransı keçirəcək.AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ lideri “Truth” sosial hesabında məlumat yayıb.“Çindən Vaşinqtona…
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva rəsmi "Instagram" hesabında Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib. Paylaşımda deyilir: "Bu gün Bakı Xoreoqrafiya Akademiyasında uşaqların iştirakı ilə bir-birindən…
Qaxda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd yeniyetmə xəsarət alıb. Sfera.az bildirir ki, hadisə Qax rayonu ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, yeniyetmənin idarə etdiyi minik avtomobili…
Azərbaycan Xarici İşlər Nazirliyi Tbilisidə yaşayış binasında baş verən faciəvi partlayışla bağlı Gürcüstana başsağlığı verib. Medianews.az xəbər ver...
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə tutularaq Bakıya ekstradisiya edilib. Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İnterpolun Azərbaycan Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq…
İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Türkiyədə müəyyən edilən daha bir şəxsin noyabrın 19-da Bakıya ekstradisiyası həyata keçirilib.
Yaponiyada "Mercedes-Benz S-Class" və "Mercedes-Maybach S-Class" avtomobillərinin əyləc sistemində mümkün nasazlığa görə 3 559 nəqliyyat vasitəsi geri çağırılır.
Yaponiya və Hindistan hərbi sahədə və müdafiə sənayesində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Bu barədə “Associated Press” məlumat yayıb. Razılaşma hər iki ölkənin xarici işlər və…
Almaniya kansleri Fridrix Merts Ukrayna münaqişəsinin nizamlanmasında irəliləyiş əldə olunacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğv edilə biləcəyini bildirib. O, bunu Berlində “İstəklilər…
ABŞ Prezidenti Donald Tramp Çinə səfərini uğurlu və son dərəcə əhəmiyyətli adlandırıb
Azərbaycan Xarici İşlər Nazirliyi Tbilisidə yaşayış binasında baş verən faciəvi partlayışla bağlı Gürcüstana başsağlığı verib
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Türkiyədə tutularaq Bakıya ekstradisiya edilib
Ağ Ev ABŞ Prezidenti Donald Trampın Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı yuxuya getməsi barədə yayılan məlumatları təkzib edib
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampın onu G20 sammitinə dəvət etməsinə münasibət bildirib
Məhkəmə polis tərəfindən saxlanılan vəkil Orxan Kəngərli barəsində qərar verib
Qaxda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd yeniyetmə xəsarət alıb
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Vyetnam Sosialist Respublikasına rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb.Metbuat.az paylaşımı təqdim edir.
Ekvadorda müşahidə olunan “El Nino” iqlim fenomeni vəhşi heyvanların təbii yaşayış mühitini dəyişib. “Sözçü” qəzetinə istinadən, güclü yağışlar, daşqınlar və okean sularının temperaturunun artması nəticəsində timsahlar…
ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı qərarların qəbulunda ölkə Prezidenti Volodimir Zelenskinin mövqeyini nəzərə alacağını bildirib. Tramp bu barədə NBC telekanalına müsahibəsində...