FİFA reytinqi: Azərbaycan millisi üç pillə irəlilədi - İlk 10-luq

Beynəlxalq Futbol Federasiyası (FİFA) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Noyabrın 18-nə olan reytinqə əsasən, Azərbaycan millisi əvvəlki göstərici ilə müqayisədə 3 pillə irəliləyib. Hazırda komandamızın aktivində 1145,18 xal var.

Reytinqə dünya və Avropa çempionu İspaniya millisi başçılıq edir.

FİFA-nın açıqladığı ilk 10-luq belədir:

İspaniya – 2004,48 xal

Argentina – 1966,13 xal

Fransa – 1950,82 xal

İngiltərə – 1938,90 xal

Mərakeş – 1809,37 xal

Portuqaliya – 1801,28 xal

Braziliya – 1800,91 xal

Belçika – 1790,37 xal

Niderland – 1774,06 xal

Kolumbiya – 1735,90 xal