Bakı, 18 noyabr, AZƏRTAC Yunanıstanın Olimpiya şəhərində keçirilən muaytay üzrə gənclər arasında dünya çempionatında Azərbaycan idmançıları üç medal qazanıblar.Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, yarışda Əli Cəfərli (U-16, 71 kiloqram) qızıl medala layiq görülüb.Əfəndi Əfəndiyev (U-18, 51 kiloqram) və Sedat Əliyev (U-18, 57 kiloqram) isə dünya çempionatının gümüş medallarını qazanıblar.