Bakı, 18 noyabr, AZƏRTAC İngiltərənin “Aston Villa” klubu yarımmüdafiəçi Amadu Onana ilə yeni müqavilə imzaladığını açıqlayıb.AZƏRTAC klubun rəsmi məlumatına istinadla xəbər verir ki, Belçika millisinin üzvü 2024-cü ildə “Everton”dan “Aston Villa”ya keçib. O, komandada çıxış etdiyi müddətdə klubun Avropa arenasında keçirdiyi bir sıra yaddaqalan oyunlarda mühüm rol oynayıb.Amadu Onana “Aston Villa”nın heyətində 70-dən çox oyun keçirib və 7 qol vurub. Hazırda dizindən keçirdiyi əməliyyatdan sonra bərpa prosesi uğurla davam edən futbolçu Unai Emerinin rəhbərlik etdiyi komandanın vacib üzvlərindən biri olaraq qalır.