Fuad Muradovun müavinlərinin sayı artırıldı – Fərman

“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Komitə sədri Fuad Muradovun müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.

Belə ki, sədrin 1-ci müavini ilə birlikdə isə müavinlərin sayı 3-dən 4-ə çatıb.