Putin Krım körpüsünün uçmasına münasibət bildirməyib: Telekanallarda “hər şey əladır” deyirlər - Video

Rusiya Prezidenti Vladimir Putin Krım körpüsünün avtomobil hissəsinin dağılmasını hələ də şərh etməyib.

Bu barədə "Agentstvo" nəşri yazıb.

Mənbə qeyd edir ki, bu hadisə yarımadanın təcrid olunmasını gücləndirir, mühüm nəqliyyat arteriyasını bağlayır və Çində keçiriləcək üçtərəfli sammit ərəfəsində şəxsən onun imicinə ciddi zərbə vurur:

“Rusiya federal telekanalları da susqunluq strategiyası seçib. Axşam xəbər buraxılışlarında körpünün hazırkı görüntüləri yayımlanmayıb və dağıntıların miqyası barədə məlumat verilməyib. Telekanallar diqqəti yalnız Krıma gedən dəmir yolu körpüsünün və qatarların hərəkətinin bərpasına yönəldiblər”.