Naxçıvan, 18 noyabr, AZƏRTAC Bir ovuc toxumun torpağa əmanət edilməsi ilə başlayan əkinçilik əslində zəhmətin, təcrübənin və sabaha olan inamın sınağıdır. Hər şumlanan sahədə gələcək məhsulun təməli qoyulur. Torpağa bağlılıq və hər hektardan daha çox bəhrə götürmək istəyi bu gün Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda aqrar inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib.Rayonda yeni əkin mövsümü həm sahələrin genişləndirilməsi, həm də müasir aqrotexniki yanaşmaların tətbiqi ilə diqqət çəkir. Ötənilki yüksək məhsuldarlıqdan ruhlanan fermerlər bu il əkin sahələrini genişləndirməklə yanaşı, keyfiyyətli toxum seçiminə və vaxtında suvarma işlərinə xüsusi önəm verirlər. Hədəf sadəcə daha çox torpaq əkmək deyil, mövcud resurslardan səmərəli istifadə etməklə məhsuldarlığı maksimuma çatdırmaqdır.Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2026-cı ilin ötən dövründə Sədərəkdə 1367 hektar sahədə şum aparılıb, 965 hektarda taxıl əkilib. Bu, ötən illə müqayisədə 33,6 faiz artım deməkdir. Əkinlərin 927 hektarını arpa, 38 hektarını isə buğda sahələri təşkil edir.Məhsuldarlığın əsas şərti olan su təminatı da diqqət mərkəzindədir. İndiyədək 570 hektar ərazidə - yəni ümumi taxıl sahələrinin 59 faizində suvarma işləri həyata keçirilib.Torpaqdan səmərəli istifadə edərək təsərrüfatını ilbəil genişləndirən fermerlərdən biri rayonun Heydərabad qəsəbə sakini Vəzir İmamverdiyevdir. 2001-ci ildən əkinçiliklə məşğul olan təsərrüfatçı ötən il 5 hektarda arpa, 2 hektarda isə buğda yetişdirib. Hər hektardan 40 sentnerdən artıq məhsul götürməsi onu bu il əkin sahəsini 10 hektara çatdırmağa həvəsləndirib. Artıq 7 hektarda payızlıq arpa səpini yekunlaşıb, qalan 3 hektarda isə hazırlıq işləri görülür. Vəzir İmamverdiyev uğurun sirrini dincə qoyulmuş torpaqda, düzgün toxum seçimində və aqrotexniki qaydalara dəqiq əməl etməkdə görür. Bu il də seçilmiş toxumlardan istifadə edən fermer şırım üsulu ilə suvarmaya üstünlük verib. O, su ehtiyatlarının düzgün idarə olunmasını xüsusi vurğulayır: “Sədərəyin torpaq-iqlim şəraiti taxılçılıq üçün geniş imkanlar açır. Əsas məsələ mövcud su ehtiyatlarından qənaətlə istifadə etmək və itkilərin qarşısını almaqdır. Bəzən suyun sahələrə vaxtında çatdırılmasında çətinliklər yaransa da, suvarma sisteminin düzgün təşkili yüksək məhsuldarlığın başlıca şərtidir”.Qaraağac kənd sakini Qurban Əliyev də təcrübəli əkinçilərdəndir. Ötən mövsüm 4 hektar taxıl sahəsindən 6 tondan artıq məhsul əldə edən fermer bu il əkin sahəsini 6 hektara yüksəldib.Hazırda sahələrdə suvarma işlərini davam etdirən Q.Əliyev su təminatının qənaətbəxş olduğunu və əkinlərin vaxtında suvarılması üçün lazımi şərait yaradıldığını bildirir. Bütün diqqətini torpağa qulluğa yönəldən fermer builki məhsulun ötənilkindən daha bol olacağına əmindir.Sədərəkdə əkin sahələrinin 33 faizdən çox genişlənməsi rayonun aqrar potensialının reallaşdırılması baxımından mühüm göstəricidir. Fermerlərin təşəbbüskarlığı göstərir ki, bölgədə taxılçılığa maraq davamlı xarakter alıb. Qarşıdakı dövrdə su ehtiyatlarının səmərəli idarə olunması, keyfiyyətli toxum təminatı və müasir aqrotexniki üsulların tətbiqi bu artımın davamlılığını təmin edəcək.Əkinçinin alın təri ilə ərsəyə gələn hər ton taxıl isə təkcə fermer ailəsinin rifahı deyil, həm də ölkənin ərzaq təhlükəsizliyinə verilən töhfədir. Müxbir- Nail Əsgərov
Bu gün
2893 xəbər bu gün
“Krım körpüsü müstəsna olaraq mülki obyektdir, ondan hərbi texnikanın daşınması üçün istifadə edilmir”. Bunu Rusiya Prezidenti Vladimir Putin Çində mətbuat konfransında çıxışı zamanı deyib. Rusiya lideri Ukrayna Silahlı…
BDU-nun Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanov (Qocatürk) intihar edibmiş. Nəriman Süleymanovun intihar səbəbini əks etdirən müraciəti üzə çıxıb. Müraciət ötən gün, axşam saatlarında…
Azərbaycanda 2028-ci ilə qədər 500 süni intellekt mühəndisinin hazırlanması və 3 min nəfərlik süni intellekt icmasının formalaşdırılması planlaşdırılır. Bu proses ölkədə yeni texnologiyaların inkişafı ilə yanaşı, əmək…
Noyabrın 20-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkə üzrə modul və konteyner tipli məktəb binalarının quraşdırılması ilə bağlı keçirdiyi tenderin qalibini müəyyən edib…
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 20-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat…
Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Ramiz Qəmbərov küçəsində yerləşən Gülüstan parkındakı antisanitar vəziyyət aradan qaldırılıb.
Xəzər dənizinin sahilboyu ərazilərinin gələcək istifadəsi müəyyənləşdiriləcək. Bu ərazilərin bir hissəsi ekoloji mühafizə, digərləri isə çimərlik, istirahət və biznes fəaliyyəti üçün ayrılacaq.Metbuat.az-ın məlumatına…
Cumhurbaşkanı Yardımcısı Cevdet Yılmaz / Anadolu Agency (Wire)
Однако РФ постоянно слышит из ЕС о таких "планах", заявил президент.
Возможное прекращение огня на Украине после этих ударов Москва рассматривать не планирует.
Суд Армении принял решение продлить на три месяца домашний арест лидера движения «Священная борьба» архиепископа Баграта Галстаняна, сообщают армянские СМИ. Он был арестован в ночь...
В Национальной библиотеке Администрации Президента Турецкой Республики в Анкаре состоялся Международный конгресс по музееведению 2026 (Türkiye Uluslararası Müzecilik Kongresi 2026), объединивший представителей музейного…
Для достижения стратегической автономии необходимо расширять круг партнеров и иметь больше альтернатив как на внутреннем, так и на международном уровне. Развитие внутреннего сотрудничества в сфере кибербезопасности…
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər.
İşçi Qrupu
Nazir
Samir Vəliyev
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri İsmayıllı rayonunda polis əməkdaşları ilə birgə qanunsuz heyvan kəsimi və ət satışının qarşısının alınması məqsədilə nəzarət tədbiri keçiriblər. Bu barədə AQTA…
“O nə deyər, bu nə deyər” fikri ilə çoxdan qurtarmışam. Bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “İncəSəhər” verilişində deyib. Sənətçi bəzi insanların qınaq atəşinə tuş gəlməkdən…
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2026-cı ilin yanvar-oktyabr ayları ərzində cinayət məsuliyyətinə 4 731 nəfər cəlb edilib, onlardan 4 603-ü kişi, 128-i qadın olub. Bu barədə Redaktor.az-a Narkomanlığa və…
Ölkəmizdə keçirilən “Eternity-2026” kompüter dəstəkli birgə komanda-qərargah təlimi uğurla davam edir. Bu barədə Redaktor.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ssenariyə uyğun olaraq, Azərbaycan, Türkiyə və...
Şençjendə Tramp, Si Cinpin və Putinin üçtərəfli görüşü, qəbul edilən Sülh Bəyannaməsi və liderlərin verdiyi mesajlar dünya siyasətində yeni geosiyasi mərhələnin konturlarını üzə çıxarır. Vaşinqton və Pekin yeni dünya…
Sabirabad Elektrik Şəbəkəsinin müdiri vəzifəsinə təyinat olub.