“İnsanlar artıq ağır musiqiləri dinləmək istəmirlər”.
Bu sözləri muğam ifaçısı Günay İmamverdiyeva “Sevilən səhər” verilişində deyib:
“Hər şey maddiyyatın başında dayanır. İnsanlar artıq ağır musiqiləri dinləmək istəmirlər. Hətta biz qəzəlləri də arxa plana atmışıq, qəzəl ifa etmək istəmirik. Çünki insanlar qəzəli dinləmək istəmir, asan sözlü mahnıları dinləmək istəyirlər. İndiki müğənnilər bu zövqü formalaşdırıblar, artıq müğənnilər də tamaşaçının zövqünə uyğun hərəkət edirlər.
Əvvəl müğənni tamaşaçını öz ardınca aparırdı, zövqünü formalaşdırırdısa, artıq son dövrlərdə elə bir vəziyyət yaranıb ki, ifaçılar tamaşaçının zövqü ilə addımlayırlar. O da maddiyyata görə…”