“Qarabağ”ın qapıçısı Martin Zlomisliç Bosniya və Herseqovina millisində növbəti oyununu keçirib.
O, Millətlər Liqasının B Liqasının 6-cı turunda Rumıniya ilə qarşılaşmada meydana çıxıb.
Bosniya və Hersoqovina yığması doğma meydanda rəqibini 2:1 hesabı ilə məğlub edib. Start heyətində yer alan Zlomisliç matçın sonunadək meydanda olub.
Bu qələbədən sonra Bosniya və Hersoqovina millisi 11 xalla qrupda ikinci yeri tutub.