ABŞ-ın keçmiş prezidenti Co Bayden memuarlarında 2023-cü ildə Kiyevə səfərini xatırlayıb.
Bu barədə “The Guardian” yazıb.
Həmin vaxt Ukrayna Prezidenti Volodimir Zelenskinin 10 yaşlı oğlu Baydenə ABŞ-ın təchiz etdiyi hava hücumundan müdafiə sisteminin rəsmini hədiyyə edib. Rəsmin üzərində “Atama hamımızı xilas etməyə kömək etdiyiniz üçün təşəkkür edirəm” sözləri yazılıb.
Bayden həmçinin aktyor və komediyaçı kimi bacarıqları olan Zelenskinin belə bir böhranın öhdəsindən gəlmək üçün zəruri keyfiyyətlərə malik olmadığını, lakin sonradan yanıldığını etiraf edib.