“Bitcoin”in qiyməti 64,4 min dollara düşdü

Kriptovalyuta bazarında əsas aktivlərin qiymətində azalma davam edir.

“CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 0,84% azalaraq 64 354,46 ABŞ dollarına enib. Son 7 gündə qiymət itkisi 12,60% təşkil edib.

“Ethereum”un qiyməti 1,34% azalaraq 1 803,38 dollara, BNB-nin qiyməti 0,35% geriləyərək 591,36 dollara düşüb.