Bakı, 18 noyabr, AZƏRTAC“Eternity-2026” kompüter dəstəkli komanda-qərargah təliminin iştirakçıları Bakı şəhərində Vətən müharibəsində qazanılmış tarixi Qələbənin rəmzi olan Zəfər parkını ziyarət ediblər. Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, gəzinti zamanı qonaqlar Azərbaycan Ordusunun 44 günlük döyüş yolu və parkın memarlıq xüsusiyyətləri ilə yaxından tanış olublar.Bununla yanaşı, ziyarətçilərə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
“Eternity-2026” təliminin iştirakçıları Zəfər parkını ziyarət ediblər
Mənbə: azertag.az/xeber/eternity_2026_teliminin_istirakchilari_zefer_parkini_ziyaret_edibler-4513662