“Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz”.
Bunu deputat Səyyad Aran Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.
Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə iradını bildirib: “Parlament danışmaqxana deyil. Parlament etikasından və leksikasından istifadə edin. İkincisi, reqlamentin 5 dəqiqəyə keçirilməsi təklif olundu, səsə qoyuldu və qəbul edildi”./Qafqazinfo/