İndoneziyanın şərqində, Banda dənizində 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Ambon adasındakı eyniadlı şəhərdən 471 kilometr cənub-şərqdə yerləşib.
Episentrdə yeraltı təkanların intensivliyi dağıdıcı səviyyədə qiymətləndirilib.
ABŞ Geoloji Xidməti də zəlzələnin maqnitudasını 6,6 olaraq təsdiqləyib.
Amerikalı seysmoloqların məlumatına görə, zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib.