Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar Əbu-Dabidə davam etdiriləcək

“Rusiya, ABŞ və Ukrayna arasında münaqişənin nizamlanmasına dair üçtərəfli danışıqlar Əbu-Dabidə davam etdiriləcək”.

Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

O, həmçinin Avropa İttifaqının danışıqlarda iştirakının mümkünlüyü məsələsinin Rusiyanın Avropa ölkələrindən Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı konstruktiv təkliflər alacağından sonra nəzərdən keçirilə biləcəyini qeyd edib.

Uşakov bildirib ki, növbəti görüşün tarixi hələ razılaşdırılmayıb.