Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və hüquq-mühafizə orqanlarının rəhbərləri Vətən müharibəsi iştirakçısının dəfn mərasimində iştirak ediblər (FOTO)

Xaçmaz rayonunun Ləcət kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişən Vətən müharibəsi iştirakçısı Asim Muradxanovun dəfn mərasimi keçirilib.

Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Emil Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, onlara səbir diləyib. Vurğulanıb ki, dövlətimiz hər zaman şəhid ailələrinə, qazilərə və Vətən müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşır, Vətənimiz uğrunda canından keçmiş qəhrəmanlarımızın xatirəsi daim uca tutulur.