Bakıda, 9-cu mikrorayon ərazisində ötən gecə güclü küləyin təsiri ilə aşan ağac hələ də ərazidədir.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Məlumata görə, hadisə Adil Məmmədov küçəsi 143 ünvanında baş verib. Bildirilir ki, ağac ötən gün aşıb və ərazidə insanlar üçün təhlükəli vəziyyət yaranıb.
Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət edilib. Lakin onlara bu məsələnin qurumun səlahiyyətinə aid olmadığı bildirilib.
Məsələ ilə əlaqədar aidiyyatı üzrə sorğu ünvanladıq. Cavab verildikdə xəbər yenilənəcək.