Təklif edirik ki, dünyanın 100 ən böyük korporasiyasının Azərbaycanda daimi iqtisadi iştirakı üçün hökumət ayrıca fəaliyyət proqramı hazırlasın.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə 2027-ci il büdcə zərfinin müzakirəsi zamanı bildirib.
Zahid Oruc qeyd eidb ki, bunun üçün vergi və gömrük qanunvericiliyi ilə yanaşı, mülkiyyət hüquqlarının qorunması, maliyyə xidmətlərinin rəqabət qabiliyyəti və işgüzar mühitin proqnozlaşdırıla bilməsi mühüm əhəmiyyət daşıyır.