İndoneziyada güclü tufan: 496 binaya zərər dəydi

İndoneziyanın Qərbi Yava əyalətində baş verən güclü tufanlar və qasırğalar nəticəsində 496 bina, o cümlədən yaşayış evləri, mağazalar və ictimai obyektlər zərər görüb.

Xarici mediaya istinadla, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət noyabrın 13-ü və 14-də əyalətin bir neçə rayonunu əhatə edib.

Ümumilikdə, 336 yaşayış binası zədələnib ki, bunlardan 63-ü ciddi şəkildə dağılıb.

Ən ağır nəticələr Qərbi Bandunq dairəsində qeydə alınıb - burada 195 evə ziyan dəyib. Bandunq dairəsinin rəhbərliyi tərəfindən fövqəladə vəziyyət elan edilib və evləri güclü dağıntıya məruz qalan sakinlərə yardım göstəriləcəyi bildirilib.