ABŞ-ın daha bir aviadaşıyıcı gəmisi sabah Yaxın Şərqdəki iki gəmiyə qoşulacaq

“USS Theodore Roosevelt” aviadaşıyıcı gəmisi sabah Yaxın Şərqdəki daha iki ABŞ aviadaşıyıcı gəmisinə qoşulacaq.

Bu barədə “New York Times” qəzeti ABŞ hərbi rəsmisinə istinadən məlumat verib.

Beləliklə, ABŞ Hərbi Dəniz Qüvvələrinin bölgədəki aviadaşıyıcı gəmilərinin sayı üçə çatacaq.

Qeyd edək ki, bölgədə hazırda “USS George H.W. Bush” və “USS George Washington” aviadaşıyıcı gəmiləri fəaliyyət göstərir. “USS Theodore Roosevelt” isə noyabrın 9-da Sinqapurdan Yaxın Şərq istiqamətində hərəkətə başlayıb.