ABŞ modernləşdirilmiş qırıcılarını Yaponiyaya göndərdi

ABŞ-ın modernləşdirilmiş F-15EX qırıcı təyyarələri Yaponiyanın Okinava adasında yerləşən Kadena aviabazasına dislokasiya edilib.

Bu barədə Yaponiya İctimai Televiziyası məlumat yayıb.

Bildirilib ki, bu, sözügedən modernləşdirilmiş döyüş təyyarələrinin ABŞ-dan kənardakı hərbi bazada yerləşdirilməsi ilə bağlı ilk haldır.

Məlumata görə, yaxın bir neçə il ərzində Okinavaya ümumilikdə 36 ədəd belə qırıcının göndərilməsi planlaşdırılır.