Aktyor Nicat Rəhimov sosial şəbəkələrdə yayılan qısa yumor videoları ilə klassik yumoru müqayisə edib.
Aktyor bu barədə “Həyatın dadı” verilişində danışıb.
O, klassik yumorun zamanla daha çox dəyər qazanacağını bildirib:
“Klassik yumor sosial şəbəkələrdəki 15 saniyəlik yumora qalib gələcək. Qısa videolara baxırsan, yadından çıxır. Çünki bu, kökdür. Məncə, illər keçdikcə klassik yumor ələnə-ələnə gəlib öz yerini tapacaq”. (Axşam.az)