Antalya, 15 noyabr, AZƏRTAC Antalyada keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasında (COP31) Türkiyə və Azərbaycan pavilyonlarının yanaşı fəaliyyət göstərməsi özü-özlüyündə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin növbəti təzahürüdür.Bunu AZƏRTAC-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin deputatı, AK Parti qadın qollarının ətraf mühit və şəhərsalma siyasəti üzrə rəhbəri, parlamentin Ətraf Mühit Komissiyasının üzvü Emel Gözükara Durmaz deyib. COP31 çərçivəsində dünya liderlərinin iştirakı ilə mühüm müzakirələrin aparıldığını xatırladan müsahib konfransda qlobal istiləşmə və iqlim dəyişikliyi ilə mübarizə istiqamətində mühüm qərarların qəbul ediləcəyinə və onların praktiki müstəvidə həyata keçiriləcəyinə ümidvar olduğunu bildirib.Deputat COP31-in həm Türkiyə, həm də dünya üçün müsbət nəticələr verəcəyinə inamını ifadə edib. Günel Karatepe AZƏRTAC-ın xüsusi müxbiri Antalya