“Qarabağ”ın futbolçusu millidə debüt etdi - Foto

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisinin heyətində debüt edib.

O, Millətlər Liqasının B2 qrupunda beşinci tur matçında meydana çıxıb.

Ukrayna millisi səfərdə Şimali İrlandiyaya 0:1 hesabı ilə məğlub olub.

Oyuna start heyətində başlayan Kaşuk 90+1-ci dəqiqədə əvəzlənib və bununla da milli komandada rəsmi debütünü gerçəkləşdirib. Ukrayna hazırda 4 xalla qrupda üçüncü pillədə qərarlaşıb.