Bakı, 15 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə Toplantısında iştirak etmək məqsədilə Dublinə səfəri, baş tutan ikitərəfli görüşlər ölkəmizin beynəlxalq miqyasda nüfuzunun davamlı olaraq artdığını bir daha nümayiş etdirdi. 50-yə yaxın dövlət və hökumət başçısının qatıldığı və əsas mövzusu “Avropa - güclü, təhlükəsiz və əlaqəli” olan toplantının gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyat, innovasiya, nəqliyyat bağlantıları, əlçatan enerji, təhlükəsizlik və müdafiə dayanırdı.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Zaur Şükürov deyib.Onun sözlərinə görə, qeyd olunan istiqamətlərin müzakirə mövzuları olaraq müəyyənləşdirilməsi müasir çağırışlar fonunda diqqət çəkir. “Eyni zamanda, bu mövzuların Azərbaycanın prioritetləri (enerji daşıyıcılarının, o cümlədən təbii qaz, bərpa olunan enerjinin istehsalı və nəqli, Orta Dəhliz və regional sülh və s.) ilə də müəyyən mənada uzlaşdığını deyə bilərik. Zirvə Toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev açılış plenar sessiyasında və “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” mövzusunda dəyirmi masada iştirak etdi. Dövlət başçımız dəyirmi masada çıxışında Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə ölkəmizin mühüm töhfə verməsinə, bu xüsusda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumuna diqqət çəkərək, o vaxtdan bəri ölkəmizin Avropa İttifaqına qaz təchizatını səkkiz milyard kubmetrdən on üç milyard kubmetrə qədər artırdığını, bunun Azərbaycanın ixracının demək olar ki, yarısını təşkil etdiyini ölkəmizin qaz təchizatını artırmağı planlaşdırdığını, bu xüsusda yeni yataqların kəşf edildiyini bildirirərək, eyni zamanda, gələcəkdə alternativ enerjinin rolunun daha da artacağını vurğulayıb. Prezident İlham Əliyev Yunanıstana və İtaliyaya istiqamətlənən kəmərin ötürmə gücünün 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artırdığımızı diqqətə çatdıraraq, hazırda yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının on ölkəsini təchiz edən, Bakıdan İtaliyaya qədər uzanan boru kəmərinin tamamilə dolu olduğunu və onun genişləndirməsinin vacibliyini qeyd edib”, - deyə Zaur Şükürov qeyd edib.Deputat vurğulayıb ki, sammit çərçivəsində Prezident İlham Əliyevin gün ərzində ümumilikdə on ikitərəfli - doqquz dövlət və hökumət başçısı və Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşlərinin keçirilməsi və bu görüşlərin məhz qarşı tərəflərin müraciəti əsasında baş tutması, heç şübhəsiz ölkəmizin artan roluna verilən önəmin göstəricisidir: “Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə humanitar yardım, elektrik avadanlığının təchizatında ölkəmizin mühüm rolu, Moldova Prezidenti Maya Sandu ilə enerji təhlükəsizliyi, ticarət və kənd təsərrüfatı, Bolqarıstanın Baş naziri Rumen Radevlə qaz ixracı və elektrik enerjisi dəhlizi məsələləri, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə Cənub Qaz Dəhlizi və TAP infrastrukturunun genişləndirilməsi, Çexiyanın Baş naziri Andrey Babişlə ticarət və investisiya əlaqələri, o cümlədən Azərbaycandan Çexiyaya neft təchizatı, Rumıniya Prezidenti Nikuşor Danla strateji tərəfdaşlığın dərinləşdirilməsi, Xəzər–Qara dəniz enerji və nəqliyyat layihələri, müdafiə sənayesi, Litva Prezidenti Gitanas Nauseda ilə siyasi əlaqələr, iqtisadiyyat, enerji və Aİ–Azərbaycan münasibətləri, Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkə arasında sülh gündəliyi, həmçinin nəqliyyat və tranzit əlaqələri, iqtisadi-ticari münasibətlər, sərhədlərin delimitasiyası, gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi və transsərhəd çaylar üzrə işçi qrupların yaradılması, Aİ Şurasının Prezidenti Antonio Koşta ilə uzunmüddətli qaz müqavilələri, maliyyələşmə, bərpa olunan enerji, Orta Dəhliz və Naxçıvan dəmir yolu və Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə Azərbaycan-Britaniya münasibətlərinin inkişaf tarixi, mövcud durumu və perspektivləri müzakirə edildi, Prezident İlham Əliyev və Baş nazir Endi Börnhemlə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə qəbul etdi”.Dublin Sammitinə qədər Prezident İlham Əliyevin ASB-nin səkkiz sammitindən beşində iştirak etdiyini deyən Zaur Şükürov 2028-ci ilin may ayında ASB Sammitinin Azərbaycanda keçirilməsi nəzərdə tutulduğunu sözlərinə əlavə edib.“Dublin Sammiti çərçivəsində xüsusilə diqqət çəkən hadisə Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi oldu. Bu sənəd tərəflər arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır. Üç bölmədən ibarət olan Bəyannamənin Preambulasında tərəflərin 1994 və 1998-ci illərdə qəbul etdiyi birgə bəyannamələrə istinad olunmaqla, BMT Nizamnaməsinə, beynəlxalq hüquq normalarına, sərhədlərin toxunulmazlığına, suverenliyə və ərazi bütövlüyünə sadiqlik təsdiqlənir. Sənəddə həmçinin, 2025-ci il 8 avqust Vaşinqton Sülh Zirvəsində imzalanmış Bəyannamənin əhəmiyyəti vurğulanır, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması alqışlanır.“Müdafiə və Təhlükəsizlik” bölməsində regional sülh və sabitliyə dəstək üçün uzunmüddətli əməkdaşlıq, yüksəksəviyyəli təmasların davamlılığı, təlim və potensialın artırılması, müdafiə sənayesində əməkdaşlıq imkanlarının araşdırılması, hüquq-mühafizə orqanları, sərhəd idarəçiliyi və məhkəmə-hüquq sahəsində tərəfdaşlıq nəzərdə tutulur.“Ticarət, İnvestisiya və Artım” bölməsi ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, bərpaolunan enerji, infrastruktur və xidmətlər üzrə uzunmüddətli kommersiya tərəfdaşlıqlarını, Orta Dəhlizin inkişafına dəstəyi əhatə edir. Buraya təmiz enerji keçidi, yaşıl maliyyələşdirmə, aşağıkarbonlu texnologiyalar, maliyyə və kapital bazarlarında əməkdaşlıq, kiçik və orta biznesin inkişafı da daxildir. Bu sahədə əsas platforma kimi Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya qeyd olunur.“Təhsil və İnnovasiya” bölməsi ali və peşə təhsilini, rəqəmsal və texniki bacarıqları, dövlət sektoru üçün təlimləri, süni intellekt, rəqəmsal idarəetmə və həyat elmləri sahələrində universitet, tədqiqat institutu və sənaye tərəfdaşlığını, insanlararası mübadilələri əhatə edir.Vurğulanmalı olan vacib məqamlardan biri, BMT Nizamnaməsinə, sərhədlərin toxunulmazlığı prinsipinə, suverenliyə və ərazi bütövlüyünə, o cümlədən 2025-ci il 8 avqust Vaşinqton Sülh Sammitinin Bəyannaməsinə, Azərbaycanla Ermənistan arasında sülh prosesinə BMT Təhlükəsizlik Şurasının daimi üzvünün siyasi dəstək nümayiş etdirməsidir və bu mövqenin sənəddə təsbit edilməsi ölkəmiz üçün mühüm diplomatik nəticədir. Bəyannaməyə əsasən, tərəflər hər il Strateji Tərəfdaşlıq görüşü keçirərək üç istiqamət üzrə irəliləyişi nəzərdən keçirəcək və prioritetləri müəyyən edəcək”, - deyə deputat vurğulayıb.Zaur Şükürovun sonda qeyd edib ki, Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi: “Ölkəmiz üçün səfərin mühüm nəticəsi kimi, Avropa İttifaqı ilə enerji dialoqunun yeni mərhələyə keçməsi, Böyük Britaniya ilə münasibətlərin rəsmən strateji tərəfdaşlıq səviyyəsinə qalxması, Ermənistanla sülh gündəliyi çərçivəsində praktiki layihələrlə bağlı müzakirələr aparılması xüsusi olaraq qeyd edilməlidir”.
Bu gün
830 xəbər bu gün
Fələstinli uşaqlar həlak olan anaları ilə vidalaşdılar / TRT Azerbaycan
Bəhreynin hava hücumundan müdafiə sistemləri bazar günü İrandan buraxılan pilotsuz uçuş aparatlarını (PUA) ələ keçirərək məhv edib. Bu barədə Bəhreynin Dövlət Televiziyası ölkənin Müdafiə...
ABŞ prezidenti Donald Tramp Rusiya ilə yalnız Ukraynanın və bütövlükdə Avropanın təhlükəsizliyini möhkəmləndirəcək razılaşmaları dəstəkləyəcək.
Sabah paytaxın bəzi ərazilərində su olmayacaq.
Amerikalı müğənni, pop ulduz Britni Spirs özünün
Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısı Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun genişləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və regional proseslərdə artan rolunun nümayişi…
Uzaqgörən idarəçilik, böyük məsuliyyət Cənab rektor, generalmayor Gündüz Əbdülovun rəhbərliyi ilə Milli Müdafiə Universitetində hərbi təhsilin məzmununun yenilənməsi, beynəlxalq təcrübənin öyrənilməsi, müasir tədris…
UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Danimarka yığması ilə qarşılaşan Portuqaliya millisinin futbolçuları milli komandadakı karyerasını başa vuran ulduz hücumçu Kriştiano Ronaldonun şərəfinə meydana 7…
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS…
İsrailin xarici kəşfiyyat xidməti “Mossad” ABŞ Mərkəzi Kəşfiyyat İdarəsini (CIA) Prezident Donald Trampa qarşı mümkün sui-qəsd hazırlığı barədə rəsmi şəkildə məlumatlandırıb. Bu informasiya “Israel Hayom” qəzetində yer…
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 2 milyard 57/4 milyon manatlıq məhsul istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu…
U-17 və U-19 milli komandaları Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarına çıxıblar. Hər iki komanda böyükhesablı məğlubiyyətlə üzləşib. U-17 seçmə mərhələnin 1-ci raundunda Şimali İrlandiya yığması ilə…
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS…
"İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlıqda dəyişiklik gözləmir". Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib. "Bu vəziyyət davam etdiyi müddətdə İranla agentlik arasında…
"Biz strateji tərəfdaşlarımız olan Rusiya və Çinlə sıx təmasdayıq". Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib. O, qlobal güclər arasında müzakirələrin aparılmasının təbii olduğunu qeyd edib…
Rejissor Suada Qarayeva sabiq mədəniyyət naziri Əbülfəs Qarayevlə bağlı paylaşım edib. Rejissor atasının yeni fotosunu yayımlayaraq onu doğum günü münasibətilə təbrik edib. "70 yaşını qeyd edir. İlk və ən yaxşı dostumun…
Azərbaycanda tanınmış həkim vəfat edib. “Caspian International Hospital”ın təcili tibbi yardım həkimi Vuqar Vahid oğlu İbrahimov dünyasını dəyişib. Onun infarkt keçirərək öldüyü bildirilir. Allah rəhmət eləsin!
Fransa hökuməti iğtişaşlar zamanı polisə qarşı tez-tez istifadə olunan pirotexniki vasitələrin satışını müvəqqəti olaraq qadağan edib. Müvafiq qərar Fransa Respublikasının Rəsmi…
İsrailin “Mossad” kəşfiyyat xidməti İranın pilotsuz uçuş aparatlarından istifadə etməklə ABŞ Prezidenti Donald Trampa və onun administrasiyasının yüksəkvəzifəli nümayəndələrinə hücum planlaşdırdığına dair məlumatları…
Müdafiəçi Ruben Diaş, yarımmüdafiəçilər Juan Palinya və Bernardu Silva Millətlər Liqasının V turunda Danimarkaya uduzduqları (1:4) matçdan sonra Portuqaliya millisinin düşərgəsindən ayrılıblar. Bu barədə Portuqaliya…
Bakı, 15 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin İrlandiyanın Baş naziri Mixol Martin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə Toplantısında iştirak…
Geosiyasi analitik Fabrice Sorlin Fransada yoxsulluğun artması və miqrasiya ilə bağlı narazılıqların ölkəni vətəndaş müharibəsinə yaxınlaşdırdığını iddia edib.
Sabah paytaxın bəzi ərazilərində su olmayacaq.
Dublində keçirilən Avropa Siyasi Birliyinin Zirvə toplantısı Azərbaycanın Avropa ölkələri ilə siyasi dialoqunun genişləndirilməsi, beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və regional proseslərdə artan rolunun nümayişi…
Еще семь человек ранены.
Армия обороны Израиля (ЦАХАЛ) и Общая служба безопасности страны (Шабак) подтвердили ликвидацию командира бригады "Рафах" военного крыла ХАМАС Самира Махмуда Хасана Абу Юниса. Как передает Day.Az со ссылкой на Haaretz…
Франция ввела запрет на продажу фейерверков и пиротехнических изделий до 27 ноября на фоне беспорядков и нападений на сотрудников полиции. Как передает Day.Az, соответствующий декрет был опубликован 15 ноября в…
Türkər Əliyeva
Müharibə
Portuqaliya millisinin futbolçuları UEFA Millətlər Liqasında Danimarkaya qarşı keçirilən oyunun başlanğıc fitindən əvvəl Kriştiano Ronaldonun 7 nömrəli forması ilə çıxıblar. Bu jest 41 yaşlı...
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS…
Böyük Britaniya kralı III Çarlz Elton Conun “Rocket Hour” adlı podkastında qonaq olarkən qocalmağın “dəhşətli problem” olması barədə zarafat edib.
Azərbaycanda həkim vəfat edib.
Azərbaycanda həkim vəfat edib. Bizim.Media xəbər verir ki, "Caspian International Hospital"ın təcili tibbi yardım həkimi Vüqar Vahid oğlu İbrahimov dünyasını dəyişib. Onun infarkt keçirərək öldüyü bildirilir. (Oxu.az)…
Moskva ABŞ-ın vasitəçiliyi ilə keçirilən Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara Avropa ölkələrinin də qatılmasına razılıq verib. Lakin qəzetin təhlilinə əsasən, Kremlin bu razılığı Avropanın müdafiə…
Noyabrın 16-da gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə,sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı…
Volqoqraddan Moskvaya uçmalı olan təyyarənin yola düşməsi sərnişinlərdən birinin hava gəmisinin qaçırılacağı ilə bağlı iddiasından sonra iki saat gecikib.
Azərbaycanda həkim vəfat edib.Oxu24.com-un məlumatına görə, "Caspian International Hospital"ın təcili tibbi yardım həkimi Vüqar Vahid oğlu İbrahimov dünyasını dəyişib.Oxu: Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər…
Siyəzəndə kürəkənini döyən qayınataya cinayət işi açılıb. Sfera.az -ın xəbərinə görə, hadisə şəhərin B. Bayramov küçəsində baş verib. 69 yaşlı Şirzad Musayev (şərti adla) yaşadıqları evdə kürəkəni, Samir Quliyevin (şərti…
Sabah paytaxın bəzi ərazilərində su olmayacaq. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilir ki, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail…
Bu addım 41 yaşlı hücumçunun noyabrın 5-də milli komanda karyerasını başa vurması münasibətilə ona ehtiram əlaməti olaraq atılıb.
“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisində debüt edib. O, Millətlər Liqasının B Liqasının 2-ci qrupunda Şimali İrlandiya ilə 5-ci tur matçında meydana çıxıb. Start heyətdə oyuna başlayan vinger 90+1-ci…