Aleksey Kaşuk millidə debüt etdi

“Qarabağ”ın futbolçusu Aleksey Kaşuk Ukrayna millisində debüt edib.

O, Millətlər Liqasının B Liqasının 2-ci qrupunda Şimali İrlandiya ilə 5-ci tur matçında meydana çıxıb. Start heyətdə oyuna başlayan vinger 90+1-ci dəqiqədə əvəzlənib.

Matç ukraynalıların məğlubiyyəti ilə başa çatıb – 0:1.

Ukrayna millisi hazırda 4 xalla qrupda üçüncü pillədə qərarlaşıb.