İranın İlam vilayətində sərnişin avtobusunun aşması nəticəsində 11 nəfər həyatını itirib, 19 nəfər xəsarət alıb.
Bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur "X" sosial şəbəkəsində məlumat verib.
Qəza Dəşt-Abbas–Mormuri avtomobil yolunda baş verib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, İlam vilayətinin Qızıl Aypara Cəmiyyəti hadisə ilə bağlı ilkin açıqlamasında azı 5 nəfərin öldüyünü, 17 nəfərin yaralandığını bildirmişdi. Sonradan ölən və xəsarət alanların sayı yenilənib.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil.