Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 15-də Oman Sultanlığına səfərə yola düşəcək.
QMİ-dən məlumat verilib.
Qeyd edilib ki, Allahşükür Paşazadə 15-16 noyabr tarixlərində Omanın paytaxtı Maskat şəhərində baş tutacaq Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək.
QMİ sədri Maskat Forumunun Maskat Fəaliyyət Planının qlobal icra çərçivəsinin təqdimatına həsr olunmuş Yüksək səviyyəli açılış hissəsində çıxış edəcək. Allahşükür Paşazadənin Omanda bir sıra ikitərəfli görüşlər keçirəcəyi nəzərdə tutulur.