Bakı, 14 noyabr, AZƏRTAC Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə ikitərəfli görüşlər keçirilib.Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Federal Baş prokuror Eduardo Kasal ilə keçirilmiş görüş zamanı Kamran Əliyev Azərbaycan ilə Argentina arasında qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin inkişafına ölkəmizin xüsusi önəm verdiyini bildirib.Vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və çoxşaxəli xarici siyasət kursunda Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, ölkəmizin tərəfdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi, müxtəlif regionlarla siyasi, iqtisadi və hüquqi əlaqələrin dərinləşməsi, eləcə də dövlətlər və xalqlar arasında qarşılıqlı etimada və faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi mühüm prioritetlərdəndir. Bu baxımdan, Latın Amerikası ölkələri, o cümlədən Argentina ilə əməkdaşlığın genişləndirilməsi əhəmiyyət kəsb edir.Baş prokuror ölkəmizdə korrupsiyaya və transmilli cinayətkarlığın digər formalarına qarşı mübarizənin gücləndirilməsi və bu çərçivədə prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə həmkarına geniş məlumat verib. İkitərəfli görüşdə cinayət işləri üzrə qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması, hüquqi yardım sorğularının operativ icrası, sübutların əldə edilməsi, cinayət törətmiş şəxslərin ekstradisiyası ilə bağlı səlahiyyətli orqanlar arasında əlaqələndirmə və beynəlxalq hüquqi əməkdaşlığın digər aktual məsələləri müzakirə olunub.Tərəflər habelə, cinayət təqibindən kənar icraat sahəsində təcrübə mübadiləsi, korrupsiya, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və müasir cinayətkarlığın digər təzahürlərinə qarşı birgə mübarizənin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Bu kontekstdə qarşılıqlı hüquqi yardımın səmərəliliyinin artırılması və transmilli cinayətkarlıqla mübarizədə səylərin əlaqələndirilməsi baxımından Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) kimi nüfuzlu təşkilatların rolu xüsusi vurğulanıb. Həmçinin Argentina Baş prokurorunun prezidenti olduğu İbero-Amerika Prokurorlar Assosiasiyası çərçivəsində əməkdaşlığa dair müzakirələr aparılıb.Həmin gün Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə keçirilmiş ikitərəfli görüşdə Kamran Əliyev iki qurum arasında formalaşmış əməkdaşlıq əlaqələrini məmnunluqla xatırladaraq, 2019-cu il sentyabrın 18-də Buenos-Ayres şəhərində korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizə sahəsində əməkdaşlığa dair sənədin imzalanmasının qarşılıqlı münasibətlərin inkişafında mühüm rol oynadığını vurğulayıb. Eləcə də, 2023-cü il martın 23-də Yunanıstanın Afina şəhərində Azərbaycan Baş Prokurorluğu ilə Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidməti arasında imzalanmış əməkdaşlıq haqqında Anlaşma Memorandumunun mövcud tərəfdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirdiyi qeyd olunub. Həmçinin hər iki görüşdə iki ölkənin prokurorluq orqanları arasında birbaşa peşəkar əlaqələrin daha da inkişaf etdirilməsi, qarşılıqlı ekspert səfərləri, birgə təlimlərin təşkili və cinayət işlərinin istintaqında qabaqcıl təcrübənin öyrənilməsinin əhəmiyyəti vurğulanıb.Bununla yanaşı, beynəlxalq və regional təşkilatlar, o cümlədən BPA çərçivəsində əməkdaşlığın davam etdirilməsinə dair məsələlər də görüşlərin müzakirə predmetini təşkil edib. Sonda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Görüşlərdə Azərbaycanın Argentinadakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov da iştirak edib.
Bu gün
1559 xəbər bu gün
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Naxçıvana səfəri çərçivəsində bir sıra su təsərrüfatı layihələrinin icra vəziyyəti ilə tanış olub. Bu barədə ADSEA-dən bildirilib. Məlumata…
Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb. Ilk yarış günündə qadınlar arasında 63 kq, 70 kq, 78 kq, kişilərin mübarizəsində isə 60 kq, 66 kq və 73 kq çəki…
Belqrad–Budapeşt dəmir yolu xəttində sərnişindaşıma dekabrın 13-də başlamayacaq. Buna səbəb Çin podratçı şirkətinin qatarların hərəkətini idarəetmə sistemində təmir işləri aparmasıdır. Bu barədə Macarıstan hökumətinin…
Bakı, 14 noyabr, AZƏRTAC Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Zirvə Toplantısında iştirakı Azərbaycanın Avropa məkanında artan siyasi çəkisinin, beynəlxalq…
Bakı, 14 noyabr, AZƏRTACKənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Monako Knyazlığında səfərdə olub. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində əvvəlcə dünyanın müxtəlif…
Azərbaycanda Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə artıq vergi ödənişlərinin məbləği artıb.
"Bolqarıstan Avropada Ukrayna üçün nəzərdə tutulan yeni maliyyələşdirmə raundunda iştirak etməyəcək”. "g4media.ro" saytına istinadən, bu barədə ölkənin Baş naziri Rumen Radev bəyan edib. O, həmçinin Bolqarıstanın hərbi…
Avtomobil sahiblərinə ciddi xəbərdarlıq edilib. Məlum olub ki, bəzi BMW modelləri mühərrik söndürüldükdən və avtomobil park edildikdən sonra belə alovlana bilər. Bu səbəbdən ABŞ-da 720 796 BMW avtomobili yanğın…
Ermənistanın yeni konstitusiya layihəsinə əsasən, Təhlükəsizlik Şurasının katibi vəzifəsinin ləğvi planlaşdırılır. Məlumatı Ermənistanın ədliyyə nazirinin mətbuat katibi Mariam Melkumyan "Joxovurd" nəşrinə təsdiqləyib…
Oyundan çox razıyam. Möhtəşəm çıxış etdik. Hücumları necə quracağımızı bilirdik, dəfələrlə boş zonalardan istifadə etdik və çoxlu qol imkanı yaratdıq. Bunu Niderland millisinin baş məşqçisi Xavi UEFA Millətlər Liqasının…
Müasir dövrdə uşaqların və yeniyetmələrin psixoloji sağlamlığı, sosiallaşması və şəxsiyyət kimi formalaşması cəmiyyətin diqqət tələb edən mühüm məsələlərindəndir. Sosial şəbəkələrin təsiri, virtual mühitdə formalaşan…
Vətən Müharibəsi Qəhrəmanı Nudirəliyev Zaur İsmayıl oğlunun xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
Mağazada istifadə müddəti bitmiş məhsul satan və ya alıcıları malın çəkisi, ölçüsü, qiymət hesabı və keyfiyyəti ilə bağlı aldadan şəxslər minlərlə manat cərimələnə bilər. Bununla bağlı hazırda qüvvədə olan…
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci neft tankeri minaya düşərək partlayıb. İran Hərbi Dəniz Qüvvələrinin məlumatına görə, gəmi boğazın şərqində yerləşən qadağan olunmuş ərazidə minaya düşdükdən sonra yanmağa…
"Lansın yeni baş məşqçisi müəyyənləşib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Liqa 1 təmsilçisini Didye Diqar çalışdıracaq. 40 yaşlı mütəxəssislə 2028-ci ilin yayınadək müqavilə imzalanıb. Qeyd edək ki, Didye…
Bakı şəhərinin 2040-cı ilədək Baş Planı paytaxtın iqtisadi və şəhərsalma strukturunda uzunmüddətli dəyişikliklər üçün əsas yaradır. Sənədin uğurlu icrası isə şəhərin yaşayış keyfiyyətinin yüksəldilməsi, torpaq…
Sabunçu rayonu Ramana qəsəbəsində avtomobildən 6000 manat nağd pul və bank kartları oğurlanıb.Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən…
Azərbaycanın Baş prokuroru Kamran Əliyev Argentinaya işgüzar səfəri çərçivəsində ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərinin Baş prokuroru Martin Lopes Savaleta ilə görüşüb.Bu barədə Baş…
Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədə "Kəpəz" yoxlama oyununda "Gəncəbasar"la qarşılaşıb. Onlar Gəncə stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib - 1:1. "Sarı-göylər"in heyətindən Kennet Kalunqa,
Argentina millisi yoldaşlıq oyununda Uruqvaya məğlub olub. Noyabrın 14-nə keçən gecə Buenos-Ayresdəki “La Bombonera” stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa...
ABŞ, Rusiya və Çin liderlərinin qarşıdakı üçtərəfli görüşünün nüvə silahlarının azaldılması ilə bağlı danışıqların başlanğıcı olacağı gözlənilir. Bu barədə “The Hill” nəşri...
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. A qrupunda yer alan yığmamız ikinci matçında İrlandiya millisini qəbul edib…
Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verilir. Məlumata görə, kənd təsərrüfatı naziri Məcnun Məmmədovun…
Tovuz, 14 noyabr, AZƏRTAC Tovuz rayonunda Uşaq Hüquqları Aylığı çərçivəsində “Uşaq hüquqlarını qoruyaq” mövzusunda maarifləndirici tədbir təşkil olunub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları…
Bakı, 14 noyabr, AZƏRTACBakıda Argentina Mədəniyyəti Gününə həsr olunmuş tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Argentinanın zəngin mədəniyyəti, ədəbiyyatı, musiqisi, rəqs sənəti və milli mətbəxi nümayiş…
Zaqatala, 14 noyabr, AZƏRTAC Zaqatala-Qax yolunda avtomobilin idarəetmədən çıxması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza avtomobil yolunun Zaqatalanın Muxax…
Şabran rayonunun Qazbabalı kəndində yaşayan Mərdanovlar ailəsi çətin vəziyyətlə üzləşib.
Bakıda avtobuslarla sərnişindaşımanın rekord həddə çatması paytaxtın ictimai nəqliyyat sistemində baş verən dəyişiklikləri yenidən gündəmə gətirib. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin məlumatına görə, 2026-cı ilin…
Sabunçu rayonu Ramana qəsəbəsində avtomobilindən 6000 manat nağd pul və bank kartlarının oğurlanmasını barədə polisə məlumat daxil olub. Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, polisin keçiridiyi…
Noyabrın 12-də Londonda keçirilən Maqnitski mükafatlarının verilməsi ilə bağlı təqdimetmə mərasimində Əli Kərimli də “müstəsna müxalifət siyasətçi” nominasiyası üzrə təltif olunub. Əli Kərimlinin “müstəsna…
İranda ağır vəziyyətdə olan işçilər borclarını ödəmək üçün böyrək, qaraciyər toxuması və sümük iliyi satışı ilə bağlı elanlar yerləşdirirlər.
Москва считает полезным провести консультации с представителями ЕС, чтобы оценить их готовность содействовать мирному урегулированию на Украине.
Хуситы атаковали Аден, временную столицу международно признанного правительства страны, двумя баллистическими ракетами. Об этом сообщил представитель правительственных вооруженных сил, передает Al Jazeera. Подробности…
Карабахский конфликт препятствовал суверенитету Армении, а международная дипломатия была фейком. Об этом заявил премьер-министр Армении Никол Пашинян в Институте международных и европейских дел в Дублине,...
В поселке Рамана Сабунчинского района Баку из автомобиля были похищены 6 тысяч манатов наличными и банковские карты. Как сообщили Day.Az в пресс-службе МВД, в результате оперативно-розыскных мероприятий был задержан…
Baş məşqçi
BŞİH
Milli Məclisin deputatı Səyyad Aranın 2025-ci ildə dövlət büdcəsinin müzakirəsi zamanı mədəniyyət naziri Adil Kərimli ilə bağlı səsləndirdiyi fikirlər yenidən gündəmə gətirilib və sosial şəbəkələrdə yayılıb. Deputat…
Kartofun qan şəkərinə təsiri onun hazırlanma üsulundan asılıdır. Mütəxəssislərə görə, kartofu qaynadıb soyuducuda saxlamaq onun qlisemik indeksini əhəmiyyətli dərəcədə azalda bilər. Fransanın “750g” nəşrinin məlumatına…
Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı Nudirəliyev Zaur İsmayıl oğlunun əziz xatirəsinə həsr edilən anım mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyinin…
Müasir dövrdə uşaqların və yeniyetmələrin psixoloji sağlamlığı, sosiallaşması və şəxsiyyət kimi formalaşması cəmiyyətin diqqət tələb edən mühüm məsələlərindəndir. Sosial şəbəkələrin təsiri, virtual mühitdə formalaşan…