Zaqatala, 14 noyabr, AZƏRTAC Zaqatala-Qax yolunda avtomobilin idarəetmədən çıxması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəza avtomobil yolunun Zaqatalanın Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumatlara görə, qəza zamanı rayonun Çobankol kənd sakini 33 yaşlı İntiqam İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə korpusuna yerləşdirilib. Müayinə və müalicəsi davam etdirilir.Faktla bağlı araşdırma aparılır.