Paşinyan dekabrda Rusiyaya 3 dəfə səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan dekabr ayında Rusiyaya üç dəfə səfər edəcək.

Paşinyan Rusiyaya dekabrın 3, 11 və 22-də səfər edəcəyini deyib.

“Rusiya ilə münasibətlərimizdə dostluq atmosferini qoruyub saxlaya biləcəyimizə ümid edirəm”, – Paşinyan bildirib.