“Real Madrid” və “Barselona” 18 yaşlı müdafiəçini transfer etmək istəyir

İspaniyanın “Real Madrid” və “Barselona” klubları Braziliyanın “Atletiko Mineyro” komandasında çıxış edən Vitaonu transfer etmək istəyir.

Bu barədə “Marca” nəşri məlumat yayıb.

18 yaşlı mərkəz müdafiəçisi Avropanın bir sıra klublarının diqqətini cəlb edib. İngiltərənin “Brayton” və “Everton” komandaları da braziliyalı futbolçunun xidmətində maraqlıdır.

“Real Madrid” və “Barselona”nın da transfer uğrunda mübarizəyə qoşulduğu bildirilir. Vitaonun çıxış etdiyi “Atletiko Mineyro” onun müqaviləsindəki sərbəstqalma məbləğini 20 milyon avro müəyyənləşdirib.

Qeyd edək ki, Vitaon cari mövsümdə Braziliya klubunun heyətində 9 oyuna çıxıb.