Ermənistan Baş naziri Nikol Paşinyan dekabrın 3, 11 və 22-də Rusiyaya səfər edəcək.
O, bu barədə Dublində çıxışı zamanı məlumat verib.
Nikol Paşinyan səfərlərin Rusiya ilə danışıqlar aparmaq məqsədi daşıdığını bildirib:
"Danışıqlar aparmaq üçün Rusiyaya səfər edəcəyəm. Ümid edirəm ki, münasibətlərimizdə dostluq atmosferini qoruyub saxlaya biləcəyik".
Baş nazir Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərinə də toxunub. O, ölkəsinin siyasi məqsədinin alternativ yaratmaq olduğunu vurğulayıb.