Məşqçi heyətinin üzvlərinə 2 milyon dollar xərclədilər

“Mançester Yunayted” yeni baş məşqçisi Maurisio Poçettinonun təyinatına 12 milyon dollar xərcləyəcək.

Bu barədə insayder Ben Ceykobs məlumat verib. Daha əvvəl bildirilirdi ki, “yunayted” Poçettinoya görə 9 milyon dollar kompensasiya ödəyəcək.

Amma son məlumata görə, məşqçinin müqaviləsinin geri alınması kluba 10 milyon dollara başa gəlib.

Daha 2 milyon dollar məşqçi heyətinin üzvlərinin cəlb edilməsinə xərclənib. Maurisionun köməkçisi Xesus Peres də komandaya qoşulub.