“Tottenhem”in baş məşqçisi Roberto De Zerbi İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçilib.
Italiyalı mütəxəssis komandasının ötən ay çempionatda göstərdiyi nəticələrə görə fərdi mükafata layiq görülüb.
“Tottenhem” oktyabr ayında Premyer Liqada 4 oyun keçirib. London təmsilçisi bu görüşlərin 3-də qələbə qazanıb, 1-də isə heç-heçə edib.
Beləliklə, komanda mümkün 12 xaldan 10-nu toplayaraq ayı məğlubiyyətsiz başa vurub.
Qeyd edək ki, 47 yaşlı De Zerbi daha əvvəl “Brayton”, Donetsk “Şaxtyor”u və Fransanın “Marsel” komandasında çalışıb. “Brayton” onun rəhbərliyi altında tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.