Bakıda yeraltı keçiddən istifadə etməyən piyadanı avtomobil vuraraq öldürüb

Bakıda avtomobilin vurduğu piyada hadisə yerində ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, hadisə bu gün axşam saatlarında paytaxtın Nizami rayonunda, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində baş verib.

Məlumata görə, yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolu hərəkət hissəsindən keçməyə çalışan piyadanı minik avtomobili vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

NİİM piyadaları yolu yalnız onlar üçün nəzərdə tutulmuş keçidlərdən keçməyə çağırıb və təhlükəsizlik qaydalarına əməl etməyin vacibliyini vurğulayıb.